“Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi 30 noyabr 2017-ci il tarixində Yardımlı şəhərində 30 nəfər gəncin iştirakı ilə sayca sonuncu təlimini həyata keçirmişdir. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Region gənclərinin biznes bacarıqlarının artırılması” layihəsi çərçivəsində Yardımlı RİH-in təşkilati dəstəyi ilə reallaşmışdır. Tədbirdə peşə məktəbinin tələbələri və məzunları, hərbi xidmətdən yenicə qayıtmış və iş həyatına yenicə başlayan gənclər təmsil olunmuşdur.
Tədbirə giriş nitqi ilə başlayan “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov təşkilat və donor haqqında, layihə və layihənin məqsədləri, ölkəmizdə bir çox sahibkarlıq sahələri mövcudluğu və inkişafı, dövlətin gənclər siyasəti, bu sahədə təsdiq olunmuş proqramlar və digər mühüm məsələlərlə bağlı iştirakçıları məlumatlandırmışdır. Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə edərək gənclərə “Biznesin hüquqi formaları, Biznes Plan anlayışı, Biznesdə marketing və reklam, Biznesi uğurlu edəcək amillər” mövzularında məlumat verilmiş və qrup məşğələləri təşkil etmişdir. Tədbirin sonunda içtirakçılara sertifikat təqdim olundu, birlikdə xatirə şəkli çəkdirildi.
Bu təlimə qədər Cənub regionunun Masallı, Astara, Lənkəran, Cəlilabad rayonlarında təlimlər keçirilmişdir. Təlimlərdə 150 nəfər gənc iştirak etmişdir.
Bununlada “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan “Region gənclərinin biznes bacarıqlarının artırılması” layihəsinə yekun vurulmuşdur.