Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər” layihəsi çərçivəsində keçirilən tədbirlərə yekun vuruldu.
Layihə çərçivəsində 03.11.2017-ci il tarixdə Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli, 07.11.2017-ci il tarixdə Qazax şəhər S.Vurğun adına 2 nömrəli, 21.11.2017-ci il tarixdə Qazax şəhər F.Şamoyev adına 4 nömrəli, 22.11.2017-ci il tarixdə Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəblərdə və 23.11.2017-ci il tarixdə Qazax şəhər M.Hüseyn adına məktəb-liseydə yuxarı sinif şagirdləri arasında “İslam sülh və həmrəylik dinidir” başlığı altında inşa-yazı müsabiqələri, 30.11.2017-ci il tarixdə isə Qazax Dövlət Rəsm Qalereyasında rəsm müsabiqəsi keçirilmişdir.
Bundan başqa, layihə çərçivəsində sakinlərin, xüsusən də, gənclərin dinə münasibətinin, dini dözümlülük və dini radikalizm haqda fikirlərinin araşdırılması məqsədilə sorğunun keçirilməsi nəzərdə tutulmuşdur. Sorğuların ilki 26.10.2017-ci il tarixdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilmişdir. Bundan başqa, BDU Qazax filialında, eləcə də, şəhər sakinləri və Daş Salahlı, Çaylı və Aslanbəyli kəndlərində də sorğuların keçirilməsi nəzərdə tutulmuşdur.
Keçirilən bu tədirlərdə ümumilikdə 300 nəfər gənc iştirak etmişdir.