Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə müxtəlif sektorlarda çalışan gənclərdən ibarət Fransız nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Gənclər səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşlar.
Bu görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gəncləri salamlayaraq Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat vermiş, Fondun prioritet istiqamətləri qonaqların nəzərinə çatdırılmışdır.
Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər.