Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, İmprotex Motors, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Garden Shop-un təşkilati dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi Səkinə Həsənovanın “Yaşıl İncəsənət” 2018 rəsm sərgi-müsabiqəsinə start verilir!
Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər. (I yer – 200 AZN, II yer – 150 AZN, III yer – 100 AZN).
“Yaşıl sərgi” rəsm sərgi-müsabiqəsinin məqsədi:
– Müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq
– Gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri və təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etmək.
Müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın beşindən gec olmayaraq rəsm işlərinin foto şəkilini TİF, RAW və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin münsiflər heyəti tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri mükafatlandırılacaq.
Sərginin bütün iştirakçılarına Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcək.
Müsabiqənin şərtləri:
16-29 yaş arası
1. Müsabiqəyə mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.
2. Rəsmlər A3 və A4 formatında olmalıdır. Material – kətan, kağız, karton ağac, yağlı boya, akril, quaş, pastel, rəngli karandaş və flomasterlər, ebru və monotip, qarışıq texnika.
3. Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.
4. Rəsm işləri ekspozisiya üçün asılmağa hazır vəziyyətdə, çərçivədə təqdim olunmalıdırlar.
5. Rəsmin arxa tərəfində işin adı, işləndiyi texnika, müəllifin adı, familiyası, atasının adı və əlaqə nömrəsi qeyd olunmalıdır.
6. Müsabiqə iştirak etmək istəyənlər 6 yanvar 2018-ci il tarixindən gec olmayaraq rəsm işlərinin foto şəkilini TİF, RAW və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərəməlidirlər.(Göndərdikdən sonra mütəmadi olaraq elektron poçt ünvanınızı yoxlayın)
Tel: (+994)124447444 (+994) 704080108 www.asanschool.az
8. Sərginin açılış mərasimi 18 yanvar 2018-ci il tarixində, saat 18:00 -da baş tutacaqdır
Sərginin hazırlığı və işi prosesinə gənc rəssamların incəsənətini Azərbaycanda təbliğ etmək məqsədilə 150 könüllü cəlb olunacaqdır.
Müsabiqənin yekunu:
1. Sərgidə 100 ən yaxşı rəsm əsəri sərgiləcənək və əlavə olaraq Respublikada yerləşən bütün “ASAN xidmət” mərkəzlərində sərgi turu təşkil olunacaqdır
2. Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər. (I yer – 200 AZN, II yer – 150 ZN, III yer – 100 AZN).
3. Sərginin bütün iştirakçılarına Azərbaycan Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcəkdir.