30 noyabr 2017-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Kooperasiya Universitetinin təşkilati dəstəyi ilə “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin ikinci təlimi keçirilib.
Layihənin ikinci günündə “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin rəhbəri, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Layihənin təlimçisi, Azərbaycan Kooperasiya Universitetinin “İdarəetmə fakültəsi”nin dekanı dosent Nadir Kərimov, “Ekspertiza və texnologiya fakültəsi”nin dekanı, dosent Möhübbət Hüseynov və 240 nəfər tələbə iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin rəhbəri, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov layihə iştirakçılarını salamlamış, layihənin ikinci günündə keçiriləcək təlimin mövzusu ilə bağlı məlumat vermişdir. Layihə rəhbəri qeyd etmişdir ki, qarşıdakı gündə də davam edəcək Gənc Kooperatorların II Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işlərinin aparılması, liderlik duyğularının üzə çıxarılması nəzərdə tutulub.
Sonra çıxış edən Ekspertiza və texnologiya fakültəsinin dekanı, dosent Möhübbət Hüseynov qeyd etdi ki, Dünya təcrübəsi göstərir ki, insanlıq tarixində liderliyin çox böyük rolu vardır. Güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Lakin liderlik keyfiyyətləri təkcə dövlət başçıları, siyasi xadimlər üçün yox, hər bir şəxsiyyət üçün vacibdir. Hər kəs işlədiyi yerdən asılı olmayaraq, liderlik keyfiyyətlərinə malik olmalı və bunun üçün öz üzərində daim çalışmalıdır.
Sonra layihənin təlimçisi, Azərbaycan Kooperasiya Universiteti İdarəetmə fakültəsinin dekanı, dosent Nadir Kərimovun rəhbərliyi ilə layihənin ikinci təlimi keçirilb.
Sonda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.