Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk peşəmiz” layihəsi çərçivəsində ilk tədbirini Binəqədi “Gənclər Evində” təşkil edib.
Layihənin başlıca məqsədi gəncllərə peşəyönümü sənət öyrətməklə maarifləndirici sosial dəstək verməkdir. Gənclərin gələcək iş karyerası üçün, onların bacarıq və vərdişlərinin formalaşmasına, sənətə yiyələnməsinə və halal zəhmətlə davamlı pul qazanmaq imkanlarını əldə etməsi üçün, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi, kadrların hazırlanıb iş ilə təmin olunması məqsədini daşiyir.
Layihə çərçivəsində Bakı şəhərinin Binəqədi rayonu üzrə 20 nəfər gəncin iştirakı ilə tədbir keçirilərək, tədbirdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
Tədbir zamani təlimçi gəncləri pəşə yonumlu sənətlərlə haqqında məlumatlandırıb və əsasən aşbazlıq, bərbərlik və dərzilik peşələrini haqqında gəncləri məlumatlandırıb.
Tədbirdə Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi Məmmədov Elnur, Gənclər və İdman Nazirliyinin əməkdaşı Abdullayev Rustəm və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin nümayəndəsi Suleymanov Cavid iştirak ediblər.