“Eşidilməyən səslər” teatr tamaşalarının təşkili fərdi layihəsi çərçivəsində 30 nəfər yeniyetmə və gəncdən formalaşmış qruplar olaraq 27, 28, 29 noyabr 2017-ci il tarixlərində Binəqədi Gənclər Evində təlimlər keçirildi.
Layihənin ekspertləri təlim qrupuna seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin sorğu nəticəsində əldə edilən məlumatları nəzərə alaraq seçimlərini etdilər. Seçimdə gender balansı və yaş həddi nəzərə alınmışdır. Təlim zamanı iştirakçılara “Teatr tamaşaları vasitəsilə mesajın verilmə yolları”, “Əlilliyə tibbi və sosial yanaşma” və “Əlillik terminologiyası” haqqında geniş məlumat verildi. Təlimdə dinləyicilər öyrəndiyi bilikləri teatr tamaşaları vasitəsilə praktikada tətbiq etdilər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Fərdi layihənin müəllifi Gülşən Abbasovadır. Layihənin məqsədi tipik və əlilliyi olan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün “Eşidilməyən Səslər” adı altında teatr əsaslı təlimlər təşkil etməklə, əlilliyi olan yeniyetmə və gəncləri cəmiyyətə inteqrasiya etməkdir.