Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin C kateqoriyası üzrə “Gənclərə yeni biznes ideyaların təbliği” adlı layihə ilə müsabiqənin qalibi olmuş Həsənov Yusif Tərlan oğlunun təşkilatçılığı ilə layihənin icrasına başlanılmışdır.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən “Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün regionlarda olan işsiz gənclər arasında “Biznes İdeya Yarat”, “Öz Biznesinin Başla və İnkişaf etdir” təlim kursları təşkil edərək bisnes planların hazırlanmasına və təqdim edilməsinə nail olmaq olmuşdur.
Layihə təşkilatçıları layihənin əhatə etdiyi Oğuz rayonunun nisbətən daha böyük kəndlərindən seçilməklə hər birində 15 nəfərdən ibarət olmaqla ümumilikdə 4 gənclər qrupları təşkil edərək həmin gənclər qruplarına 1 gün ərzində biznes planların hazırlanması və təqdimatı haqqında kurslar təşkil edəcəkdir.
Təlim kurslarını uğurla başa vuran iştirakçılar seçilərək, onlar haqqında ətraflı məlumat bazası hazırlanaraq rayon məşğulluq mərkəzinə təqdim ediləcəkdir. Bunun da əsas məqsədi gələcəkdə həmin gənclərin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən Özünüməşğulluq proqramına rahat qoşulmaları və həmin layihədən faydalana bilmələridir.
Təlim kursları keçirilən zaman iştirakçılara təlim materialları və bukletlər paylanılacaqdır.