“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 20 sentyabr-20 dekabr 2017-cı il tarixlərində həyata keçirdiyi “Vətən səninlə öyünür, qəhrəman!” adlı layihənin icrasını davam edir.
Layihənin məqsədi – gənclərdə, Qarabağ müharibəsi zamanı döyüşçülərimizin göstərdiyi şücaət və qəhrəmanlıq anları ilə tanış edərək, hərbi vətənpərvərlik ruhunu yüksəltməkdir.
Layihə çərçivəsində Bakı Dövlət Universiteti Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli təlimlərdə gənclərə I Qarabağ müharibəsinin səbəbləri, gedişi, müharibə zamanı həyata keçirilən döyüşlər, əməliyyatlar və.s haqqında geniş məlumat vermişdir. Bu təlimlərlə yanaşı müharibədə rəşadət göstərmiş Milli Qəhrəmanlarımız, döyüşçülərimiz, şəhid ailələri ilə görüşmək və canlı şahidlərdən yeni məlumatlar əldə etmək üçün Lənkəran, Masallı, Biləsuvar, Cəliləbad rayonlarına səfərlər təşkil olunur. Təlimlər və səfərlər zamanı layihə iştirakçılarımızın təşəbbüsü ilə döyüşçülərimizdən alınan məlumatlar layihənin sonunda çap olunacaq buklet və kitabçalarda öz əksini tapacaq.
Qeyd etdiyimiz səfərlərdən biri 25 noyabrın tarixində Lənkəran şəhərinə təşkil olunmuşdur və FHN-in Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində tədbir keçirilmişdir. Keçirilən tədbirdə iştirak edən Lənkəran rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Elbəy Fətəliyev tədbir iştirakçılarını salamlamış, layihənin Lənkəran şəhərində keçirilməsində göstərdikləri təşəbbüsə görə “Bakı Gənclər Klubu” İctimai Birliyinə öz minnətdarlığını bildirmişdir və layihənin faydalılığı barədə danışmışdır. Təşkilatın sədri Azər Cavadov nitqində layihənin məqsədi, son 3 ildə təşkilat tərəfindən gənclərdə vətənpərvərlik hissini yüksəlməsi istiqamətində keçirilən görüşlər, görülən işlər və nəticələr haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar çatdırmışdır. Daha sonra çıxış edən N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Azər Əliyev layihənin gənc nəsilə və tədbirdə iştirak edən əsgərlərə təsirindən və müasir dövrün tələbi kimi bu istiqamətdə görüləcək işlərdən danışmışdır. Tədbiri çıxışları ilə təlimçi Atamoğlan Məmmədli və müharibə veteranları davam etmiş, keçdikləri şərəfli və şanlı döyüş yolundan geniş söz açmış və gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsi üçün gələcəkdə də bu istiqamətdə layihələrin keçirilməsinin vacibliyini vurğulamışdılar.
“Bakı Gənclər Klubu” İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “BGK” İB Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.