Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublıkasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” adlı layihəsini həyata keçirir.
Üç aylıq layihə çərçivəsində Yeni Ramanadakı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində istedadlı, fiziki məhdüdiyyətlilər üçün real kurs və gənclərimizin yararlana biləcəyləri “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” yaradılıb.
Fiziki məhdüdiyyətli kreativ gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, geniş ictimaiyyətə tanıdılması, əlillərə məsafəli – elektron təhsil imkanları verilməsi, onların zehni-estetk qabiliyyətlərini art-biznesə çevirməklə sağlam həmyaşıdları ilə daha sıx əlaqələrinin genişləndirilməsi, İnternet, sosial şəbəkələr vasitəsilə əngəllilərin ortaya qoyduğu əsərlərin təbliği, cəmiyyətə inteqrasiyasına şərait yaradılması, istedalı əlillərin e-kitablarından ibarət e-resursların qurulması, tanınmışların həyat hekayətlərinin vizual formada, Facebook.com, Google+, Youtube.com videopaylaşım platformalarında fəaliyyətlərin dəstəklənməsi baxımından layihə maraqla qrşılanıb.
Layihə iştirakçıları xüsusi istedadlı fiziki məhdüdiyyətli gənclər üçün real, respublikamızda, habelə xaricdə yaşayan soydaşlarımız – oxşar problemli yeniyetmə və gənclərin də virtual formada yararlanmağından ötrü xüsusi innovativ alətlərə – İnternetüstü fəaliyyət növlərinə diqqət ayırıblar. Fiziki məhdüdiyyəti olan kreativ gənc insanlara yaradıcılıq, təhsil, məsafəli öyrətmə, eləcə də öz sənət qabiliyyətlərini kiçik kreativ biznesə çevirmək üçün imkanların yaradılması məqsədilə artıq sosial şəbəkələrdə fəaliyyətlərin dəstəklənməsi belə gənclərin, yeniyetmələrin özlərinə olan inamını daha da yüksəldəcək. Yaradıcı əngəllilər üçün kreativ real kurs təşkil edilib, tanınmış sənət, mədəniyyət, ədəbiyyat, elm adamlarının onlar üçün keçirəcəkləri master-klaslaa başlanılıb, əlillərin əl işlərindən ibarət real və virtual sərgilərin keçirilməsi, İnternet və sosial şəbəkələrdə təbliğatları, tanıdılması, yayılması həm də Azərbaycan kreativ biznesinin və art-sənayesinin inkişafına təkan verəcək, yeni peşə vərdişləri, məsafəli təhsil və öyrətmə formalarının zənginləşməsinə təkan verəcək.
“Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” Feysbuk sosial şəbəkədə https://www.facebook.com/YeniYazarlar/ ünvanlı rəsmi səhifə və virtual kursu, eləcə də istedadlı əlil yazarların əsərlərindən ibarət http://kitabxana.net/?oper=e_kitabxana&cat=179 keçidli mini e-kitabxana, elektron resurs yayımlanmağa, hazırlanan yeni elektron kitab seriyası sərgilənməyə başlanılıb.
Növbəti mərhələdə isə İnternet və sosial şəbəkələrdəki virtual kurs-resursun inkişaf etdirilməsi, həmçinin, Youtube videoplatformasında onlayn TV yaratmaqla fiziki məhdüdiyyətli kreativlərin yaradıcılıq, kulturoloji, intellektual və peşə imkanları barədə silsilə proqramların çəkilərək yayımına start verilib. Layihənin reallaşmasında Azərbaycan Yazıçılar Birliyi, www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi, “Avropa” Nəşriyyat-Poliqrafiya Birliyi və başqa qurumlar yaradıcı-texniki köməkliklər göstərirlər. Görüləcək fəaliyyət nəticəsində bilik və bacarıqlarını artıranlar, virtual olaraq İnternet və sosial şəbəkələr vasitəsilə respublikada, eləcə də dünyada yaşayan əngəlli soydaşlarımız, fiziki məhdüdiyyətli gənclər və tələbələrə bilgilərini ötürmüş olacaqlar.
Layihə çərçivəsində Mingəçevir şəhərindəki Gənclər Mərkəzində Turizm Kollejinin tələbələrinə tanıtım mərasimi də təşkil olunub.