“Qızlar Bulağı” Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Seçdiyim peşə ilə fəxr edirəm!” adlı layihəsi çərçivəsində Şirvan şəhərində yekun tədbirini keçirmişdir.
Layihənin əsas məqsədi sağlamlıq imkanı məhdud olan gənclərin təhsildə geridə qalma səbəblərinin araşdırılaraq onların təhsil imkanlarının artırılması üçün daha optimal yolların təklif olunmasından ibarət olmuşdur. Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri Leyla Hüseynova açaraq layihə barədə geniş məlumat verdi. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov, YAP Şirvan şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev, BMT-nın Uşaq Fondunun (UNİCEF) Azərbaydandakı nümayəndiliyinin yuvenal ədliyyə proqramının Aran zonası üzrə koordinatoru Yusif Poladov, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Ülviyyə Şahbazova bu sahədə dövlətimizin gördüyü işlərdən və qarşıda duran vəzifələrdən bəhs etdilər.
Tədbirdə Şirvan şəhərinin 200 dən çox fəal gəncləri yaxından iştirak etmiş və mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.