“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nigahlar məişət zorakılığının başlıca amillərindəndir!” layihəsi davam edir.
Layihənin əsas məqsədi erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.
Növbəti təlimimimiz Xəzər rayon 5 saylı peşə litseyində keçirildi və layihəmizin qonaqları Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparıcı məsləhətçisi – Ayşə Məhərrəmova və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyevdir.
Layihəni giriş sözü ilə təşkilatın sədri Tünzalə Cavadova açıq elan etdi. Gənclər Fonduna bu cür vacib layihəni dəstəklədiyi üçün minnətdarlığını bildirdi. Gənclər Fondunun aparıcı məsləhətçisi Ayşə Məhərrəmova da layihənin vacib bir əhəmiyyəti olduğunu xatırlatdı və Gənclər Fondunun həmişə belə prioritet mövzulara dəstək verdiyini xüsusi vurğuladı.
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev də rayonda bu mövzuda müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini və bu cür aktual layihələrə həmişə dəstək olmağa hazır olduqlarını nəzərə çatdırdı. Çıxış edənlər erkən nighahların fəsadları haqqında geniş müzakirələr apardılar.
Qeyd edək ki, layihə 3 ay müddətində Bakı şəhəri Xəzər rayonunda həyata keçirilir və layihə çərçivəsində Xəzər rayonunda yerləşən internat məktəblərində, orta məktəblərdə təhsil alan gənclərin ehtiyacları müəyyən ediləcək və onlarla keçiriləcək təlimlərə hazırlıq məqsədi ilə layihəninin icra olunacağı müəssisələrdə gənclər arasında sorğu keçiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə bu ilin dekabr ayında başa çatacaq.