18 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin qalibi Sevinc Baxışovanın “Jurnalistikanın inkişafında PR-ın rolu” adlı layihənin yekun tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Sevinc Baxışova gəncləri salamlayaraq onlara layihə və layihənin donoru olan Gənclər Fondu haqqında məlumat verib.
Layihənin spikeri, Park Bulvarın ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Gunay Malikqızı tələbələrə ictimaiyyətlə əlaqələr və jurnalistika mövzusunda, onların qarşılıqlı münasibətləri haqqında məlumat verib.
Qonaq təlimin gedişatında gənclərin suallarını cavablandırıb.
Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.