«Rezonans» Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Sağlam gələcək naminə” layihəsi çərçivəsində 15 noyabr tarixində Masallı rayonunda tədbir keçirilmişdir.
Layihə çərçivəsində ekpertlər mövzu ilə əlaqədar tədbir iştirakçılarını məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “Erkən nikah deyərkən….” kitabı və bukletlər paylanmış, kitabxanaya hədiyyə edilmişdir. Həmçinin iştiarkçılar layihə çərçivəsində hazırlanmış video-çarxla tanış olmuşlar.
Layihənin məqsədi ölkədə, хüsusi ilə dаğ rаyоnlаrındа və məcburi köçkünlər аrаsındа gеniş yаyılmış еrkən nikаhlаr və yахın qоhumlаr arasında nikаnlаrlа bağlı prоblеmlərin аrаdаn qаldırılmаsıdır.
Tədbirin sonunda tədbir iştirakçılarının çoxsaylı sulları cavablandırılmışdır.