“Təbiətin gənc mühafizəkarları” layihəsi çərçivəsində ilk tədbir keçirilmişdir.
Layihə Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi və Əliyev Urfan Əliağa oğlu tərəfindən icra olunur.
Tədbirdə layihə rəhbəri U.Əliyev çıxış edərək respublikamızda ekologiya və ətraf mühitin qorunması istiqamətində görülən işlərdən danışmışdır.
Ekspert məktəbli yeniyetmələr arasında ekoloji mühitin formalaşdırılmasının, onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsinin və bunun üçün ətraf mühitin qorunmasının əhəmiyyətindən bəhs etmişdir.
Yeniyetmələrə parklarda təmizliyə riayət edilməsinin vacibliyi aşılanmışdır.
Qeyd edək ki, layihə 3 müddətində icra olunacaq.