Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Tarix keçmişi silmir!” layihəsinin növbəti tədbiri Binəqədi Gənclər Evində həyata keçirilmişdir. Tədbirə təlimçi olaraq ehtiyyatda olan polkovnik – leytenant, I Qarabağ müharibəsinin iştirakçısı Musayev Şura dəvət olunmuşdur. Layihənin fəaliyyəti ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri Qayıbzadə İlham yaxından iştirak edərək öz dəstəyini göstərmişdir.
Tədbirdə “Tarix keçmişi silmir!” layihəsinin təşkilati dəstəyini həyata keçirən Azərbaycan QMƏVŞAİB-in əməkdaşları da iştirak etmişdir.
Tədbirin davamı 15 noyabr 2017-ci il, saat 11:00 tarixlərində Binəqədi Gənclər Evində həyata keçiriləcəkdir.
Tədbirdə iştirak etmək istəyənlər [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilər.