Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə X qrant müsabiqəsinin fərdi layihə qalibi Məmmədova Səidə Maxsud qızı tərəfindən keçirilən “Tariximiz və mədəniyyətimiz ən boyük dəyərlərimizdir!” layihəsinə start verilmişdir.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında işğala məruz qalmış tarixi torpaqlarımızı, dağıdılmış qalalarımızı, məscidlərimizi, qəbristanlıqlarımızı, ulu nənələrimizin gözlərinin nuru bahasına ərsəyə gəlmiş xalçalarımızı, bir sözlə tarixi-mədəni dəyərlərimizin təbliğatını aparmaqdan ibarətdir.
Qeyd edək ki, layihə 10 oktyabr 2017-ci ildən başlamış və 3 ay davam edəcəkdir. Layihə çərçivəsində 3 təlim keçiriləcəkdir və bu layihə başa çatdıqdan sonra başqa regionlarda da “Tariximiz və mədəniyyətimiz ən boyük dəyərlərimizdir!” layihəsini həyata keçirmək nəzərdə tutmulmuşdur. Bu təlimlər vasitəsilə tarixi-mənəvi dəyərlərimiz mövzusunda maarifləndirici biliklərin verilməsi, tarixi abidələrimizin mühafizəsi yolları, sənət nümunələrimizi özününküləşdirməkdə israrlı olanlarla mübarizə yolları və s. mövzular müzakirə olunacaqdır.
Sözügedən layihənin icrası başa çatdıqda onun davamlılığını təmin etmək məqsədi ilə layihə çərçivəsində müxtəlif görüşlərdə iştirak etmiş dinləyicilərlə əlaqə saxlanılacaqdır.