“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təbiət bizim evimizdi” layihəsinin icrasına start verib.
Layihənin icrası ilə gənclərə, vətəndaşlara, ailələrə və gələcək nəsilə ətraf mühitin qorunması və mühafizəsi üçün bir mesaj ötürməkdən ibarət olacaq. Layihənin əsas məqsədi ətraf mühitin çirklənməsinin qarşısını almağa yardımçı olmaq və gələcəyin sağlam inkişafı üçün təmiz nəfəs düsturunu formalaşdırmaq olacaq.
Qeyd edək ki, layihə 3 ay müddətində Gəncə şəhərində icra olunacaq.