Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsində “Təbiətin gənc mühafizəçiləri” layihəsi ilə qalib olmuş Əliyev Urfan Əliağa oğlunun layihəsinə start verilmişdir.
Layihənin məqsədi Sumqayıt şəhərində məktəbli yeniyetmələr arasında ekoloji mühitin formalaşdırılması, onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bunun üçün ətraf mühitin qorunmasının əhəmiyyətinin izah edilməsindən ibarətdir.
Yeniyetmələrə ekologiyanın qorunmasının, sağlam ekoloji mühitin yaradılması, Sumqayıtda yenidən inşa edilən parklarda təmizliyə riayət edilməsinin əhəmiyyəti aşılanacaq.
Qeyd edək ki, layihə 3 müddətində icra olunacaq.