Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsi çərçivəsində Əliyev Emin Vəlixan oğlu tərəfindən “Hərəyə bir ağac əkək” uğurla yekunlaşmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihə çərçivəsində, Beyləqan rayonunda 100 ağac əkilmiş və yaşıllaşdırma işləri görülmüşdür.
Bu layihə həmçinin yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası eləcə də gənclər arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.