Ağdaş şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam ailə gələcəyin təminatıdır!” adlı layihə ilə bağlı növbəti tədbirini keçirdi.
Tədbiri RİH əməkdaşı Qabil Həsənov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı və tədbirin rayon ictimaiyyəti və gəncləri üçün önəmindən danışdı. Daha sonra birliyin sədri Elçin Manafov iştirakçılara ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O, vurğuladı ki, sağlam ailə gələcək nəslə buraxılmış gözəl bir mirasdır. Eyni zamanda ailə kiçik bir dövlətdir. O dövləti sağlam dəyərlər üzərində qurmaq, yad ünsürlərdən qorumaq bütün ailə üzvlərinin ən ümdə gələn vəzifələridir. Valideyn olmaq asandır, valideynlik etmək çətindir kimi mənəvi sözlərlə gənclərə öz tövsiyələrini verdi.
Daha sonra təlimçi gənclərə ailə qurarkən nələrə üstünlük verməli olduqlarını, kiçik bir problemlərin böyüdülməməsini, keçimsizlik, məişət zorakılığına və erkən nikaha son verilməsi, ailə əxlaqının qorunmasını, ailə tərbiyəsinin, təhsilin və s. milli-mənəvi dəyərlərin qorunmasının üstünlüklərindən danışdı.
Tədbirdə RİH-nümayəndələri, kollec tələbələri və gənclər iştirak edirdi. Tədbir diskussiya və müzakirə şəraitində keçib. İştirakçılarını maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.