2017-ci il noyabr ayının 6-sı, 8-i, 14-ü və 16-sı, saat 11:00-da Bakı şəhəri Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Lamiyə Məmmədlinin təqdimatında “Tarix keçmişi silmir!” adlı layihə keçiriləcəkdir.
Layihənin məqsədi gənclərə Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparmış milli qəhramanlarımızı tanıtmaq, onlara Xocalı soyqırımı, 2016-cı il aprel döyüşləri haqqında ətraflı məlumat vermək və KİV ilə bu məsələni gündəmdə saxlamaqdan ibarətdir.
Layihəyə təşkilatı dəstək Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir. Tədbirlərdə iştirak etmək istəyən gənclərin [email protected] elektron ünvanına müraciət edərək iştirak edəcəyi tarixi göndərmələri xahiş olunur.