Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Alidə İbrahimova tərəfindən “Öz peşəni seç” layihəsinin icrasına start verilib.
Layihənin məqsədi yeniyetmə və məktəblilərin müxtəlif peşələr haqqında nəzəri və praktiki biliklərinin artırılması, peşə təhsilinə marağın artırılmasıdır. Layihə çərçivəsində keçiriləcək tədbirlərdə yeniyetmələrlə günün tələbinə uyğun peşələr (PR meneceri, İT mütəxəssisi, turizm bələdçisi və s.) haqqında fikir mübadiləsi aparılacaq. Makiyaj ustası olan layihə rəhbəri Alidə İbrahimova öz peşəsinin sirlərindən danışacaq.
Qeyd edək ki, layihə Sumqayıt şəhərində ümumtəhsil müəssisəsində 3 ay müddətində icra olunacaq.