Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Həsənzadə İlahə Novruz qızının Fondun maliyyə dəstəyi ilə Bakı şəhəri Xəzər rayonunda həyata keçirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinin icrasına başlanılmışdır.
Layihə 3 ay müddətində Bakı şəhəri Xəzər rayonunda yaşayan və təhsil alan gənclər arasında keçiriləcəkdir. Layihənin keçirilməsində əsas məqsəd torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş hərbçilərimizin yeniyetmə və gənclərə tanıdılmasıdır.
Layihə çərçivəsində 3 təlim həyata keçiriləcəkdir. Təlimlər “Şəhidlərimizin şərəfli döyüş yolunun təbliği”, “Vətənpərvərliyin təbliği istiqamətində maarifçilik işinin gücləndirilməsi”, “Şəhidlərimizə hörmət və ehtiramın təbliği”, “Yeniyetmə və gənclərə vətənə məhəbbət hissinin aşılanması” və sair kimi mövzuları əhatə edəcəkdir.
Layihə rəhbəri Həsənzadə İlahə:”İnanırıq ki,“Şəhidlər ölməz,Vətən bölünməz!” layihəsində iştirak edən fəal gənclər gələcəkdə keçirilən layihələrə yenidən cəlb olunacaqlar. Biz belə fəal gənclərin müvafiq təlimlərə və tədbirlərə cəlb edilməsinə çalışacağıq”.