Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Abbasova Gülşən Səməd qızı tərəfindən 10.10.2017-ci ildə “Eşidilməyən Səslər” layihəsinə start verilmişdir. Layihənin məqsədi sağlam və fiziki məhdudiyyəti olan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün “Eşidilməyən Səslər” adı altında teatr əsaslı təlimlər təşkil etməklə, əlilliyi olan yeniyetmə və gəncləri cəmiyyətə inteqrasiya etməkdir.
Layihənin müddəti 3 ay olmaqla, 10 oktyabr 2017-ci il – 10 yanvar 2018-ci il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində ölkə üzrə seçilən 16-29 yaş arası 30 nəfər tpik və əlilliyi olan gənclər üçün təlimlər təşkil olunacaqdır. Layihədən 30 nəfər sağlam və fiziki məhdudiyyəti olan 16-29 yaş arası yeniyetmə və gənc birbaşa, ümümilikdə isə 1500 nəfər faydalanacaqdır.
Müraciət etmək istəyən gənclər 10 Noyabr tarixinə qədər aşağıda qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilər: https://goo.gl/forms/TUaKYcZcHyYz3cbD3