“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Milli Parklarda davranış qaydaları” layihəsinin icrasına başlanılmışdır.
Layihə əsas iki istiqamət üzrə fəaliyyət göstərəcəkdir. Birinci istiqamət, təşkilat tərəfindən bir qrup region gəncinin seçilməsi, onların Göygöl Milli Parkına gələn turistlər tərəfindən riayyət olunması vacib hesab olunan qaydalar haqqında və bu qaydalara riayyət olunmadığı təqdirdə onların yarada biləcəkləri təhlükələr, turist marşurutları, ziyarətçilərin park ərazisinə gətirdiyi qidaların istifadəsi üçün xüsusi özünəxidmət köşklərdən, velosiped və avtomobil dayanacaqlarından istifadə etməsi ilə əlaqədar maarifləndirilməsidir. İkinci istiqamət çərçivəsində isə maarifləndirmə işlərinin genişləndirlməsi və daha çox insanın mövcud problem haqqında məlumatlı olmasına nail olmaq məqsədi ilə çap materiallarının hazırlanması, video-çarxın çəkilməsi və sosial şəbəkələrdə təbliğatının aparılması nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Milli Parkların ziyarətçilərinin parkların daxili qaydaları ilə tanış etmək, bu qaydalar pozulduğu təqdirdə yarana biləcək təhlükələr haqqında maarifləndirmə təbliğat işlərini aparmaqdan ibarətdir.