Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə Bakı şəhər Nəsimi rayon 111 saylı tam orta məktəbdə həyata keçirilmişdir.
Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru J.Hacıyeva bildirdi ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik hisslərinin artırılması bu gün Azərbaycanda əsas prioritetlərdən biri hesab edilir. Torpaqlarımızın işğal altında olduğu bir vaxtda bilikli və cəsur vətənpərvər gənclərə daha çox ehtiyac duyulduğunu vurğuluyaraq keçirilən layihənin gənclərin vətənpərvər olması üçün vacib olduğunu söylədi. GVB-nin sədri Müqamət Əliyev layihə haqqında məlumat verdi. Bildirdi ki, bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə keçirdiyimiz “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə yönəlib. M.Əliyev qeyd etdi ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.
Nəsimi rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Ş.Tağıyev,19 saylı tam orta məktəbin Hərbi rəhbəri İ.Əzimov,birliyin Humanitar və mədəniyyət şöbəsinin müdir müavini H.Cavadlı və digərləri çıxış edərək bildiriblər ki, gənclərə vətənpərvərlik anlayışı, müasir dövrdə qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılması, Azərbaycanın dövlətçilik tarixi, millətimizin formalaşması prosesi, beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri və.s haqqında məlumatlar verilib. İştirakçılarla diskussiya şəraitində keçirilən tədbirdə gənclər maraqlı təşəbbüslərlə çıxış ediblər.
Sonra tədbir sinif bölmələrində davam etdirildi.
Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş kitab, üzərində Gənclər Fondunun və “Gənc Vətənpərvərlər Birliyinin loqoları əks olunmuş köynəklər, bukletlər və Heydər Əliyevin şəkili olan döş nişanı və informasiya matrialları paylanılıb. Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclər olub. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğidir.