“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “İslam həmrəyliyində gənclər hərəkatı” layihəsinin icrasına 25 sentyabr 2017-ci il tarixdən başlamışdır. İcra planına müvafiq olaraq hazırlıq mərhələsi həyata keçirilmiş, müvafiq məktublar, pres-relizlər göndərilmiş, çap materialları hazırlanmışdır.
Layihə islam həmrəyliyinin təşviqində gənclərin rolunun artırılması, gənclərin islam həmrəyliyi idealarının daşıyıcılarına çevirilməsi, bu istiqamətdə gənclər hərəkatının yaradılması və bu mövzuda region gənclərinin geniş və lazımınca maarifləndirilməsi və öyrədilməsi məqsədini güdür.
Layihənin müddəti 3 ay omaqla Zərdab və Ucar rayonlarında rellaşması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə və inzibati ərazi vahidlərində görüşlər və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyəti əhaliyə çatdırılacaq, son dövrlər bu istiqamətdə aparılan dövlət siyasətindən, radikal dini cəryanlardan, ictimai qınaq mexanizmlərindən, onun əhəmiyyətindən, gənclər arasında bu kimi maarifləndirmə işlərinin daim aparılması əhəmiyyətindən danışılacaq, bu istiqamətdə gənclər hərəkatının yaranmasına nail olunacaq.