Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi ölkədə məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində regionlardakı gənclərin, xüsusilə də, gənc ailələrin, eləcə də risk qruplarının (məsələn, erkən nikahın iştirakçıları, yeniyetmələr, uşaqlar və s.) geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir.
Layihənin müddəti 3 ay olmaqla, 05 oktyabr 2017-ci il – 05 yanvar 2018-ci il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində ölkə üzrə seçilən 16-29 yaş arası 25 nəfər gənc üçün məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində Lənkəranda yerləşən AB Qala otelində 10-12 noyabr 2017-ci il tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Təlim kurslarında iştirak edən gənclərə sertifikatlar veriləcəkdir.
Məlumat üçün bildirək ki, təlimdə iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (Sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 31 oktyabr 2017-ci il, Saat 24:00-dək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:
[email protected]
Əlavə edək ki, 3 günlük təlim kursu zamanı bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.