Azərbaycanda ilk konseptual 3D sərgisi keçiriləcək

92

Oktyabr ayının 14-15 tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində qeyri-adi bir sərgi keçiriləcək.
Azərbaycanın aparıcı rəssamlarının 7 əsəri yenilikçi texnologiyaların təfsirində təqdim ediləcək. Zalda Tahir Salahov, Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Faiq Əhmədov və başqaları kimi tanınmış ustaların əsərləri nümayiş olunacaq. “Orijinal” kətan işlərinin yanında xüsusi 3D printerdə çap olunmuş rəssamlara xas olan şəkildə hazırlanan zərgərlik əsərləri nümayiş etdiriləcək. Sərginin başlıca məqsədi XX əsrin azərbaycanlı rəssamlarının əsərlərini və texnikalarını zamanımızın müasir texnologiyası ilə nümayiş etdirməkdir. Sərgi incəsənət, moda və yüksək texnologiyaları bir konsepsiya altında toplamaq üçün nəzərdə tutulmuşdur.
Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi Aysel Hüseynovanın təşəbbüsü,  Azərbaycan Milli İncəsənət Muzeyinin və 247RAARE müstəqil şirkətin dəstəyi ilə təşkil olunur.