Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Mənim yaşıl şəhərim” adlı layihənin icrasına start verib.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, onlar arasında sağlam həyat tərzini təbliğ edilməsi, ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir.
İctimai Birlik sözügedən layihə çərçivəsində Bakı şəhərində yeniyetmə və gənclərin iştirakı ilə iməcilik aksiyası və ekoloji seminarlar təşkil edəcək. Keçiriləcək tədbirlərə cəlb olunan yeniyetmə və gənclər maarifləndiriləcək və iməcilik aksiyalarında iştirak edəcəklər. Həyata keçirilən layihədən ümumilikdə 250-dən artıq yeniyetmə və gənc faydalanacaq.