23 aprel 2007-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” əsasında həyata keçirilən Azərbaycan Respublikası və Koreya Respublikası arasında hökümətlərarası gənclər mübadiləsi proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyəti, 5 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşdur. Görüş zamanı Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri V.Niftəliyeva Gənclər Fondunun fəaliyyəti, tədbirlər və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumatı gənclərin nəzərinə çatdırmışdır.
Qonaqlar Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirmiş və gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqlarını bildirmişlər.
Görüşün sonunda xatirə şəkili çəkilmişdir.