Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” Təşkilatının təşkilati dəstəyi ilə gənclər arasında “İntellektual gənclərin bilik günü” adlı layihə baş tutub. 3 ay davam edən “İntellektual gənclərin bilik günü” layihəsi çərçivəsində 96 nəfərlik gənc heyətdən ibarət olan 16 komanda arasında sağlam rəqabət ruhunda yarışma və təlimlər baş tutmuşdur. Əvvəlcə komandalar hər biri 4 komanda olmaq şərti ilə qruplara bölünərək təlimlər keçirilmiş, sonra isə 3 mərhələdən ibarət olan “Nə? Harada ? Nə Zaman?” adlı turnir keçirilib, sonuncu gün isə Breyn Rinq turniri əsasında seçilən 4 ən yaxşı komanda arasında “Fərdi Oyun” turniri baş tutaraq qaliblər müəyyən edilmiş, yarışın sonunda 1, 2 və 3-cü yerlər medal və dəyərli hədiyyələrlə mükafatlandırılmışdır.
Qeyd edək ki, ASAN Könüllüsü Bağman Priyevin ideyası olan bu layihə Gənclər Fondu tərəfindən keçirilən VIII qrany müsabiqəsinin qaliblərindən olub.
Layihənin əsas məqsədi texnologiyanın dərinləşərək müasir gəncliyin həyatında xüsüsi yer tutduğu dönəmdə gənclərin vaxtlarını düzgün qiymətləndirmələrini, ondan sistemli istifadəni həmçinin, qısa zaman ərzində öz yaddaşını və məntiqini istifadə etməklə düzgün qərar vermək bacarığı, yeni biliklər qazanmaq uğrunda daim öz məntiqi düşüncəsini sınayaraq axtarışlar keçirmək, beyinlərini zehinsəl inkişaf etdirmək və daha sağlam həyat tərzi vərdişlərinə yiyələnmələrini təmin etməkdir.