ATƏT-in Parlament Assambleyasının beynəlxalq katibliyi ATƏT-in üzv olduğu ölkələrin universitetlərindən səqqiz və ya doqquz politologiya, hüquq və beynəlxalq münasibətlər elmi üzrə aspirantları əməkdaş kimi mütəmadi olaraq cəlb edir. Yaşayış pulsuzdur, və bütün təqaüdçülər onların Kopenhagen və ya Vyanada qaldığı müddətdə xərclərini qarşılamaq üçün 564 avro təqaüd alacaqlar.
Təqaüdçülərin əsas vəzifəsi Assambleya üçün müxtəlif layihələr üzrə tədqiqatların aparılmasında və vəzifəli şəxslərə və əməkdaşlarına kömək göstərməkdir. Tədqiqatçılar-təqaüdçülər mütəmadi olaraq parlament deleqasiyaları üçün brifinqlər hazırlayırlar, o cümlədən seçkilərdə müşahidə missiyalarını və Parlament Assambleyası üzvlərinin görüşlərini təşkil edirlər.
Tələb olunur:
Katiblik əsasən 21-26 yaş akademik təhsili olan tələbələri cəlb edir
Bütün müraciətçilər ATƏT-in üzvü olduğu ölkələrin vətəndaşları olmalıdır.
İngilis dilini mükəmməl bilmək (fransız, alman, italyan, rus və ya ispan dili)
Araşdırmaların və mətnlərin işlənməsi üçün kompüter biliyi.
Daha ətraflı məlumat üçün: http://www.oscepa.org/about-osce-pa/international-secretariat/staff/research-fellowship