Finlandiyanın Texnologiya Akademiyası Millenium Texnologiya Mükafatı – 2018 üzrə namizədlərin təqdim edilməsi üçün bütün dünyanın elm və innovasiya cəmiyyətinə müraciət etmişdir.
Bir milyon avro məbləğində olan mükafat dünyada ən böyük innovasiya mükafatlardan biridir. Mükafat “bəşəriyyətin qlobal problemlərini həll” edən texnoloji innovasiyalara görə verilir. Mükafat, hökumət və akademik təşkilatların aparıcı fin şirkətləri tərəfindən dəstəklənib. Onların sırasında Aalto Universiteti, Neste, Nokia və Outotec, FIM şirkətləri də yer tutur.
Nominantlar (bir nəfər və ya tədqiqat qrupu) dünyanın elmi tədqiqat institutlarından, universitetlər, akademiyalar və şirkətlərdən təqdim edilə bilər. Müsahibəyə istənilən ölkə qoşula bilər. Mükafat bütün texnoloji sahələr və bütün millətlərin vətəndaşları üçün açıqdır.
Əsas vacib şərtlərdən biri texnologiya və ya innovasiya üzrə qalibin inkişaf üçün isbat edilmiş geniş praktiki tətbiqi və potensialı olmalıdır.
Ərizələr 2017-ci il iyulun 31-dək qəbul edilir, 2018-ci il üçün qalibin adı isə mayın 22-də açıqlanacaqdır.
Daha ətraflı məlumat üçün: http://taf.fi/en/millennium-technology-prize/call-for-nominations/