Resipiyentlərin nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilənin
3.3 bəndinə uyğun olaraq, resipiyent layihə üzrə yekun hesabatı layihənin icrası başa çatdıqdan maksimum 2 (iki) həftə sonra Donora təqdim etməli və maksimum 30 (otuz) gün ərzində hesabatını tam bitirməlidir.
Hesabat, göstərilən müddətlərdə tam təqdim edilmədiyi halda ayrılmış qrant çərçivəsində vəsaitin 30% ödənilməyəcəkdir!