Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsinin qalibi Tofiqli Yaqub “Kimsəsiz uşaqların əl işlərindən ibarət sərgi” həyata keçirilib.
Layihə 5, 6 və 7 mart 2017-ci ildə Park Bulvarda həyata keçirilmişdir. Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri iştirakçılara layihənin məqsədi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, hazırda Azərbaycanın dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların sayı təxminən 10 min nəfərdən çoxdur. Mövcud normativlərə əsasən, bu uşaqlar yetkinlik yaşına çatdıqdan sonra dövlət müəssisələrini tərk edirlər. Elə əsl problem də bundan sonra başlayır. Belə ki, əksər hallarda yaşamağa yeri, normal işi olmayan bu uşaqlar taleyin ümidinə qalırlar. Çətin şərait, maddi imkansızlıq ali
təhsil arzusunda olanların istəyini də gözündə qoyur. Eyni zamanda onu da qeyd etmək istəyirik ki, uşaqlar sığınacaqlarda qaldıqları zaman da maliyyə baxımından əziyyət çəkirlər. Bunun da qismən olsa da qarşısını almaq üçün uşaqların əl işləri sərgiyə çıxarılır, yarmarkalarda satılır. Layihənin əsas məqsədi kimsəsiz uşaqların əl işlərini ictimaiyyətdə nümayiş etdirmək, uşaqlar arasında ruh yüksəkliyi yaratmaq və əl işlərinin satılmasından gələn maliyyənin xeyriyyə işlərinə sərf olunmasıdır.