Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Sevinc Ədilova tərəfindən Ağdam rayonunda həyata keçirilən “Gənc Təbiət Dostları” Şəbəkəsi adlı layihə çərçivəsində Ağdam rayonunda yeniyetmə və gənclər arasında “Təbiəti sevək” adlı təlim həyata keçirilmişdir.
Təlimdə Tələbə Gənclər Təşkilatının nümayəndələri, Gənclər və İdman İdarəsinin əməkdaşları və QHT nümayəndələri iştirak etmişlər. Tədbir zamanı iştirakçılar arasında könüllü qruplar yaradılmışdır. Yaradılmış bu qruplar mütəmadi olaraq öz məktəblərində yeniyetmə və gənclər arasında təbiətin keşiyində durmağın qaydalarının öyrədilməsi istiqamətində müxtəlif metodlarla işlər aparılacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında təbiətin qorunması, ətraf mühitin təmiz saxlanılması, içməli su hövzələrinin çirkləndirilməsinin və meşələrin qırılmasının qarşısının alınmasından ibarətdir.