Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctmai Birliyinin təşkilatçılığı ilə”Gənc aqronom” adlı layihənin icrası başa çatdı. Layihənin həyata keçirilməsində məqsəd Gəncləri kənd təsərrüfatı sahəsində maarifləndirilməsi işinin aparılması, aqronomiya haqqında gənclərin biliklərinin artırılması, gənclərin kənd təsərrüfatı sahəsində iştirakının dəstəklənməsi, onların maraqlarının müdafiəsi işinin aparılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır. “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Xalid Rəcəbli Hacıqabul rayon Meynəman kənd tam orta məktəbində keçirlən təlimdə qeyd etmişdir ki, bu layihə region gənclərinin kənd təsərrüfatı sahəsində biliklərinin artırılmasında yardımçı olacaqdır və yeni ideyaların yaranmasını sürətləndirəcəkdir. Kənd təsərrüfatı insan fəaliyyətinin ən başlıca və qədim sahəsidir. Dünyada elə bir ölkə yoxdur ki, orada kənd təsərrüfatı və ona yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıqla məşğul olmasınlar.