Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 309 saylı orta məktəbdə “Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə” adlı layihənin bağlanış mərasimi baş tutmuşdur.
Layihəni giriş sözü ilə açan layihə rəhbəri Nəbi Hacıyev qeyd edərək bildirdi ki, gənclərin elmi və bədii ədəbiyyata marağının artırılması, kitaba, mütaliəyə həvəsin yaradılması onların məntiqi inkişafını və dünyagörüşlərini zənginləşdirir. Gənclər bədii ədəbiyyatla öz dünyagörüşlərini artırmalı, elmi fəaliyyətlə məşğul olmaq istəyən gənclərin isə elmi ədəbiyyata yönəlməsi təşviq olunmalıdır.
Təlimçi qismində çıxış edən Cahangir Məmmədov çıxışında dünya ədəbiyyatının klassiklərinin mütaliə haqqında fikirlərindən, insanların yalnız oxumaqla məqsədinə çatmasından, həmçinin mütaliənin psioxloji təsir aspektindən bəhs edib. Layihədə ümumilikdə 100 nəfərə yaxın gənc iştirak etmişdir.