Qeydiyyat üçün son tarix: mütəmadi
Təsviri:
BMT-də təcrübəçi kimi işləmək üçün qərar qəbul edərkən siz insan hüquqları, sülh və inkişaf üzrə BMT-nin işinə töhfə vermiş olursunuz.
Bütün könüllülər təcrübə keçərkən 6-12 ay müddətinə müqavilə bağlayırlar.
Təşkilatçılar könüllülərin aşağıda qeyd olunan xərclərini qarşılayırlar:
- Təcrübə müddəti ərzində yaşayış
- Əsas yaşayış xərclərini ödəmək üçün aylıq müavinət.
- Təcrübə keçiriləcək məkana gediş və qayıdış nəqliyyat xərcləri (şəraitdən asılı olaraq)
- Həyat və tibbi sığortası
- Hər il üçün məzuniyyət
- Köçürülməyə müavinət
Namizədlər üçün tələblər:
Ali təhsilli və ya ali texniki təhsilli olması;
Ən az 25 yaş (xaricdə iş üçün) və ən az 18 yaş (müraciətçinin doğma ölkəsində iş üçün) olması;
BMT-nin üç işçi dilllərindən (ingilis, fransız və ya ispan) ən az birini sərbəst bilməsi;
Könüllü işləmək üçün istək və arzusu olması;
Çətin şəraitdə yaşayışa uyğunlaşması;
Yaxşı təşkilatçılıq bacarığının olması;
Könüllü iş təcrübəsi və ya inkişaf etməkdə olan ölkələrdən birində iş təcrübəsinin olması.
Ərizəni ingilis, fransız və ispan dilində doldurmaq olar.
Könüllülər xaricdə, öz ölkəsində və ya online işləyə bilərlər.
Daha ətraflı məlumat üçün: https://www.unv.org/become-volunteer