Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Turizm və Menecement Universitetinin tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi tərəfindən “Gəzməyə vətən yaxşı” – gənc bələdçilər üçün 5 günlük təlimlər yekunlaşdı.
23-28 fevral 2017-ci il tarixlərində keçirilən təlimlər çərçivəsində bələdçi olmaq istəyən gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşəkar bələdçilərin praktik təcrübələrinin gənclərə öyrədilməsi məqsədilə onlara turizm sektoru, azərbaycan turizminin spesfik xususiyyətləri, peşə bacarıqları barədə geniş məlumatlar verildi. Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecement Universitetinin, hazırda bələdçi kimi çalışan və ya gələcəkdə bələdçi olmaq istəyən 50-dən çox gənc yeni biliklərə yiyələndi. Layihə çərçivəsində gənclərin bələdçi peşəsinin özəlliklərini daha yaxşı qavramaları üçün onların Rafael Bədəlovun bələdçili ilə iştirakçıların çox bəyəndikləri İçərişəhər turu da təşkil edildi.
Ümumdünya Bələdçi Federasiyasının təlimçisi Səkinə Əsgərova layihənin son günündə müvafiq təlim proqramının mövzuları üzrə təlimin keçdikdən sonra, mövcud problemlər barədə fikir mübadiləsi apararaq, iştirakçıların suallarını cavablandırmaqla layihəni yekunlaşdırdı.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.