Fevralın 28-də “Park İnn” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun Nizamnaməsinə dəyişikliklər edilmiş, Fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilmişdir. Nizamnaməyə əsasən, Müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edir.
Müşahidə Şurasının əsas vəzifəsi Fondun fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirmək, layihələrin həyata keçirilməsi məqsədi ilə gənclər siyasətində dövlət dəstəyinin yönəldilməsi daha məqsədəuyğun hesab edilən sahələr barədə təkliflərini Fondun icraçı direktoruna təqdim etmək, müsabiqəyə təqdim edilən layihələrin qiymətləndirilməsi meyarlarını təsdiq etmək, layihələri seçmək, Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlayıb aidiyyəti üzrə təqdim etmək və s.-dən ibarətdir.
Yığıncaqda iştirak etmək üçün gənclər təşkilatlarından 148 nümayəndənin müraciət ərizəsi, Müşahidə Şurasının üzvlüyünə namizədliyə isə 16 nəfərin ərizəsi qeydə alınmışdır. Əvvəlcə açıq səsvermə ilə yığıncağın sədri, katibi, hesablama komissiyasının üzvləri seçilmişlər. Sonra Müşahidə Şurasının üzvlüyünə ərizəsi qeydə alınmış namizədlərin çıxışları dinlənilmişdir.
Səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər seçilmişlər:
Fondun Nizamnaməsinə uyğun olaraq, 8 namizəddən 4-ü Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müşahidə Şurasının üzvü təyin olunacaqdır.