Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni heyətinin seçkilərinə sənəd qəbulu yekunlaşdı.
9 – 16 fevral 2017-ci il müddətində Gənclər Fondunun elektron bazasında qeydiyyatdan keçmiş təşkilatlar tərəfindən 17 namizəd irəli sürülmüşür.
Xatırladaq ki, Gənclər Fondunun Nizamnaməsinə əsasən Müşahidə Şurasının üzvlərinin 5-i müvafiq dövlət orqanlarından, 4-ü isə gənclər təşkilatlarını təmsil edirlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 4 ildir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatları tərəfindən namizədlərin irəli sürülməsini təmin etmək üçün fevral ayı ərzində həmin təşkilatların yığıncağının keçirilməsi planlaşdırılır.
04 mart 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatlarından İsmayılov Şahin Əmir oğlu – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri, Seyidzadə Şahin Kamil oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri və Mehdiyev Nurəddin Səftər oğlu – “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri təyin olunmuşlar.