Azərbayacan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyinin həyata keçirdiyi “Müstəqil həyata hazıram” adlı layihənin icrası davam etdirilir. Belə ki, layihənin əsas məqsədi qayğıdan azad olunmuş gənclərin sosial inteqrasiya probleminin həllinə töhvə verməkdir.
Layihə çərçivəsində uşaq və internat evlərindən məzun olmuş gənclərdən 15 nəfərlik qrup formalaşdırılmış və onlara psixologiya, şəxsi inkişaf, karyera qurmaq, sahibkarlıq fəaliyyəti, iş axtarma, peşə seçimi və s mövzularda 6 günlük maarifləndirici təlimlər keçirilmişdir. Eynilə layihədən daha çox gəncin faydalanması üçün “Müstəqil həyata başlamaq üçün əsas amillər” adlı kitabça hazırlanmışdır. Təlimlərin sonunda gənclərə sertifikatlar təqdim olunmuş və onların bir neçə sahibkar ilə görüşü təşkil edilmişdir. Görüşdə sahibkarlar öz təcrübələri ilə bölüşmüş və iştirakçılara tövsiyyələrin vermişlər. Görüşün nəticəsi olaraq sahibkarlar iştirakçı gənclərdən bir neçəsin öz müəssisələrində tərcübə keçməyə dəvət etmişlər.
Məlumat üçün bildirək ki, layihənin sonunda qayğıdan azad olunmuş bir neçə gəncin uğur hekayələrindən bəhs edən videoçarx hazırlanacaqdır.