Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsi çərçivəsində qalib olan Həsənov Qərib Ramazan oğlunun “Bacarıqlı əllərin böyük işləri” layihəsi uğurla davam edir. Layihə çərçivəsində İnternat evlərinin gənclərilə görüşülmüş, onların öz rəsm və incəsənət qabiliyyətlərini daha da təkmilləşdirilməsi üçün təlimçilər ilə görüşlər təşkil edilmiş və həmin gənclərə gələcəkdə daha sərrast, professional işləmələri üçün təlimlər keçirilmiş, bir çox məlumatlar verilmişdir.
Layihə çərçivəsində 40-a yaxın gənc iştirak etmişdir. Layihə 5 təlim və 1 sərgidən ibarət olacaqdır. Layihə sonunda qalib olan gənclər layihə rəhbərliyi tərəfindən sertifikatlarla təltif ediləcəkdir. Layihə çərçivəsində təlimçi kimi çıxış edən Bakı Rəssamlıq Akademiyasının tələbəsi Çəməngül Ağayeva Gənclər Fondunun bu cür lahiyələrdə böyük təşəbbüskarlığını dəstəkləmiş belə lahiyələrin xüsusi qayğıya ehtiyacı olan gənclər üçün olmasının vacibliyindən söz açmışdır.
Layihənin növbəti mərhələləri Bakı şəhəri Binə qəsəbəsində yerləşən “Ümid Yeri” uşaq evində keçiriləcəkdir.