Azərbaycan Respulikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və BANM TGT dəstəyi ilə həyata keçirilən “Gələcəyə İnam” layihəsi çərçivəsində üçüncü tədbir Kəlbəcər rayon 21 saylı orta məktəbdə məcburi köçkün gəncləri və şagirdlərinin iştrakı ilə həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin Direktoru Xaqani Nadirov qonaqları salamlayaraq tədbirin rəhbərlik etdiyi məktəbdə keçirilməsindən məmnunluq duyduğunu bildirdi. Daha sonra layihə rəhbəri Könül Mustafazadə çıxış edərək layihə haqqında məlumat verdi. Beləki layihənin məqsədi öz sözünü demiş məcburi köçkün gənclərini tanıtmaq və onları məktəblilərlə bir araya gətirərək digər gəncləri onların simasında təhsilə, elmə və ictimai fəaliyyətə ruhlandırmaqdır.
Həmçinin tədbirdə Kəlbəcər rayon nümayəndəsi, Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov, Təlimçi Binəqədi rayonu 103 saylı tam orta məktəbin direktor müavini Sevda Alışova, Təlimçi SOCAR-Ekologiya İdarəsinin Gənc mütəxəssisi Pərvanə Babayeva eləcə də bu il yüksək balla universitetə qəbul olmuş məcburi köçkün gəncləri çıxış etdi.
Tədbirdə həmçinin bir çox məktəblilərin maariflənməsi məqsədi ilə Kəlbəcər rayonu 117 saylı, Kəlbəcər rayonu 20 saylı, Kəlbəcər rayonu 56 saylı, məcburi köçkün məktəblərinin direktor-müəllim heyyəti və şagirdləri dəvət olunmuşdur.
Layihə çərçivəsində sonuncu tədbirin şəhər və məcburi köçkün məktəblərinin sertfikartlarla təltif olunma mərasimi ilə keçiriləcəyi nəzərdə tutulub.