Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 2016-cı ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə bağlı gənclər təşkilatları üçün məlumatlandırma görüşü keçirmişdir.
Seminarda vergi məcəlləsində olan son dəyişiklər və bu dəyişikliklərin qeyri hökümət gənclər təşkilatlarına aid olan hissəsi, gələcəkdə gənclər təşkilatlarının vergi hesabatlarında hansı yeniliklərə xüsusi diqqət yetirməsi və bu sahədə mövcud problemlərin aradan qaldırılması mövzusunda gənclər təşkilatlarınına məlumat verilmişdir.
Görüşdə Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov Vergilər Nazirliyinin son islahatları ilə bağlı məlumat vermiş və gənclər təşkilatlarınə təsir edən dəyişkilərlə bağlı sualları cavablandırmışdır.
Gənclər Fondu gələcəkdə digər aidiyyəti qurumlarla birlikdə görüşlərin keçirilməsini də planlaşdırır.