“Gənc Mühasiblər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Gənclərin kənd təsərrüfatının inkişafına maraqlarının artırılması” adlı layihənin icrasını davam etdirir.
Layihənin məqsədi fermerlik fəaliyyəti ilə bu fəaliyyətə marağı olan gənclərin kənd təsərrüfatına marağını artırmaq və bu sahədə üzləşdikləri problemlərin həllinə dəstək verməkdir.
Layihə çərçivəsində növbəti təlimlər Xaçmaz rayonunda keçirilmişdir. Təlimlərdə rayonun müxtəlif sahələrində çalışan və təhsil alan gənclər iştirak etmişdir. Təlimlər kənd təsərrüfatı sahəsində biznes fəaliyyətinə başlamağın hüquqi əsasları və qaydaları, biznes planların tərtibi, bələdiyyələrlə, banklarla əlaqə və kreditləşmə, mühasibat uçotu, MMC-lərin təsis olunması və idarəolunması, satış və reklam, KSM və s mövzuları əhatə etmişdir. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Məlumat üçün bildirək ki, layihənin ilk təlimləri Bakı şəhərində keçirilmişdir. Sonuncu təlimlərin isə İsmayıllı rayonunda keçirilməsi planlaşdırılmışdır. Layihənin sonunda isə bu sahədə daha çox gəncin faydalanması üçün video çarx hazırlanacaqdır.