Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim peşəm mənim gələcəyimdir” layihəsi çərçivəsində təlimlər keçirilib. Təlimlərdə ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında doğru qərar verməsi, peşə seçimində əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən olunmuşdur.
Təlimlərdə “Mənim peşəm mənim gələcəyimdir” layihəsinin rəhbəri Cavidan Ağazadə ölkədə insan inkişafı naminə peşə təhsilinə diqqətin artırılması məqsədi ilə təşkil olunan layihə çərçivəsində otra, orta ixtisas, peşə təhsili üzrə təhsil alanlar üçün peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsinin vacibliyini və gələcək uğurlu karyera naminə zananında doğru qərar verməyin önəmi barədə biliklərini bölüşmüşdür.
Daha sonra təlimlərdə çıxış edən peşə təhsili üzrə ekspert Əliyar Musayev, Ruslan Ağammətov peşə təhsilinin əhəmiyyəti və günün tələbi olduğunu diqqətə çatdırmış, ölkəmizdə bu siyasətin uğurlu formulu olan “qara qızılı” “insan qızılına” çevirmək strategiyasından danışmışlar.
Təlimlərdə iştirak edən gənclərə mövzu ilə bağlı bukletlər paylanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim edimlişdir.